Bakıda strateji yollar bağlandı

12:53 | 25.08.2014
Bakıda strateji yollar bağlandı

Bakıda strateji yollar bağlandı

Bir sıra yollar təmir işlərilə əlaqədar hərəkət üçün məhdudlaşdırılıbBakının bir sıra strateji yollarında hərəkət məhdudlaşdırılıb.Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, kommunikasiya xətlərinin yenilənməsilə əlaqədar paytaxtın strateji əhəmiyyətə malik mərkəzi küçələrindən olan Bülbül prospektinin 28 may küçəsindən Zərifə Əliyeva küçəsinin kəsişməsinədək olan hissəsində hərəkət tam məhdudlaşdırılıb.

Xaqani, 28 may, Nizami, Üzeyir Hacıbəyov küçələrilə bu istiqamətdə hərəkət məhdudlaşdırılıb. Sürücülər Neftçilər prospekti istiqamətində alternativ olaraq yalnız Səməd Vurğun küçəsilə hərəkət edə bilər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb