Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 15 sentyabr – Bilik Günü ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışır. ANN.Az mərkəzə istinadən xəbər verir ki, bu gün paytaxt yollarında avtomobil axının daha çox olması səbəbindən NİİM əksər küçə və prospektlərdə “yaşıl dalğa” prinsipini tətbiq edir. Bakıxanov küç., Tbilisi pr., Azadlıq pr., 28 may küç., Yusif Səfərov küç., Azadlıq pr., İnşaatçılar pr., Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəşid Behbudov, Səməd Vurğun, Mərdanov qardaşları, Hənifə Ələsgərov, Vaqif, Həsən Əliyev küçələrində “yaşıl dalğa” prinsipinin tətbiq olunması nəticəsində sıxlıq aradan qaldırılır. Hazırda isə 28 may, Afiyəddin Cəlilov, Koroğlu Rəhimov küçələri, Heydər Əliyev prospekti, N.Nərimanov küçəsində (Teleteatrın yanı) sıxlıq müşahidə olunmaqdadır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !