Bakıda tanınmış məşqçinin oğlu ağır xəstədir - FOTOLAR

10:35 | 09.01.2014
Bakıda tanınmış məşqçinin oğlu ağır xəstədir - FOTOLAR

Bakıda tanınmış məşqçinin oğlu ağır xəstədir - FOTOLAR

Azərbaycanın Ciu Cutsu Federasiyasının prezidenti, tanınmış məşqçi Mirəli Seyidovun oğlu ağır xəstədir. Bu barədə sosial şəbəkələrdə yazılıb. 25 yaşlı Rolan Seyidovda qəfil kəskin baş ağrıları və zəiflik müşahidə olunub. O, yanvarın 1-də Neyrocərrahlıq xəstəxanasına çatdırılıb. Həkimlər təcili əməliyyat tövsiyyə etsələr də, beynində qansızma aşkarlanan xəstənin yaşayacağına tam zəmanət verməyiblər.Bundan sonra Rolan Seyidovun valideynləri onu Kiyevə aparıblar. O, orada əməliyyat olunmalıdır. Lakin təkcə ötən il Azərbaycana 8 medal (2 qızıl, 3 gümüş, 3 bürünc) gətirən tanınmış məşqçi övladını əməliyyat etdirmək üçün pul tapmır. Sosial şəbəkələrdə və forumlarda gəncin əməliyyatı üçün ianə toplanır. Mirəli Seyidov bir neçə il əvvəl həyat yoldaşı iflic olduğundan evini satıb əməliyyata ödəyib. Bu günə kimi də banklara pul ödəyir. Sonra isə o, tələbələrini və öz övladlarını xaricə yarışa yollamaq üçün avtomobilini satıb. Qeyd edək ki, Rolan Seyidovun özü müğənnidir. O, ötən il “Eurovision”un milli seçim turunda iştirak edib.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM