Bu gün səhər saatlarında Bakıda tərcümə mərkəzinin binasında yanğın olub.
ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, yanğın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv. m olan tərcümə mərkəzində baş verib. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Tərcümə mərkəzinə bitişik notariat kontoru və mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !