Bakıda tikinti malları mağazası partladı

17:04 | 23.12.2013
Bakıda tikinti malları mağazası partladı

Bakıda tikinti malları mağazası partladı

Səbayıl rayonunda tikinti malları satılan mağazada partlayış baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə "Qurd qapısı" qəbristanlığının yaxınlığında qeydə alınıb.Şiddətli partlayışdan sonra mağazada yanğın başlayıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Yardım maşınları gəlib. Partlayışın baş vermə səbəbi hələlik bəlli deyil. Xoşbəxtlikdən hadisə zamanı ölən olmasada, mağazada olan 3 nəfər yaralanıb. Yaralılar 5 saylı xəstəxanaya yerləşdiriliblər.Səbayıl rayon Qaz İstismar İdarəsinin əməkdaşı Sadiq Rəhimovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə baş verən ərazidə və yaxınlıqda qaz xətti yoxdur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM