Bakıda tonqal yanğına səbəb oldu

09:39 | 18.03.2015
Bakıda tonqal yanğına səbəb oldu

Bakıda tonqal yanğına səbəb oldu

Gecə Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Oqtay Vəliyev küçəsində qeydə alınıb. 

Yaşayış məhəlləsində yerləşən plastik qapı-pəncərə sexində qəfildən yanğın başlayıb. Sexdən qalxan alovu ilk görən küçədə çərşənbə tonqalının ətrafındakı gənclər olublar. 

Yanğınla bağlı məlumatı Fövqəladə Hallar Nazilriyinə elə həmin şəxslər veriblər. Bundan sonra əraziyə FHN-in dövlət yanğından mühafizə xidmətinin dörd yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb edilib.

Alovun daha geniş ərazini əhatə etməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Amma buna baxmayaraq ümumi sahəsi 224 kv.m olan plastik qapı-pəncərə sexinin 70 kvadrat metr tavanı və 112 kvadrat metrlik dam örtüyü yanıb. 

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Əsas ehtimallardan biri yanğına sexdəki odun sobası göstərilir. Bundan başqa, obyetktin qarşısında qalanan çərşənbə tonqalından tikilinin damına qığılcım düşməsi ehtimalı da araşdırılır.//ANS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM