Bakıda top mərmisi tapılıb

15:00 | 26.01.2014
Bakıda top mərmisi tapılıb

Bakıda top mərmisi tapılıb

 Bakıda top mərmisi tapılıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, sursat barəsində aidiyyəti qurumlar məlumatlandırılıblar.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Tapılan sursatın istifadəyə yararsız olan 1 ədəd top mərmisi olduğu üzə çıxıb. Mərmi aidiyyəti üzrə təhvil verilib.

Daha sonra xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 10:10-da başa çatıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM