Bakıda toplaşan Nobel mükafatçıları nədən danışdılar? - TƏFSİLAT

17:29 | 02.10.2014
Bakıda toplaşan Nobel mükafatçıları nədən danışdılar? - TƏFSİLAT

Bakıda toplaşan Nobel mükafatçıları nədən danışdılar? - TƏFSİLAT

Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq Henş:“Azərbaycanda qara qızılın insan qızılına çevrilməsinin mühüm istiqamətkimi götürülməsi sevindiricidir”Bu gün IV BakıBeynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Milli ElmlərAkahemiyasının prezidenti Akif Əlizadənin sədrliyi ilə panel keçirilib.APA - nın məlumata görə, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ervin Neher çıxışı zamanı deyib ki, beyinlə bağlı olan bir çox xəstəliklərin müalicəsi mümkündür.E.Neher bildirib ki, insan beynində siqnallar bir hüceyrədən digərinəötürülür. Onun sözlərinə görə, bu gün aparılan tədqiqatlar insanlarınömrünün və sağlam həyat tərzi yaşamasında mühüm rol oynayacaq.Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markusisə 20 il əvvvəl dünyanın əsas diqqətini bir molekulun araşdırılmasınayönəldiyini xatırladıb: “Bu gün iqtisadi depressiyalar, epidemiyalaryaranır. Ortaya ziddiyyət çıxır. Bəlkə bir yeni texnologiyalarıntətbiqi, Günəş enerjisindən istifadə ilə bağlı yeni texnologiyalartəqdim edə bilərik. Biz dünyanın problemlərini anlamasaq, onlarınhəllinə nail ola bilmərik”.Öz növbəsində kimya üzrə Nobel mükafatı laureatı Keri Benks Mullisbəzi problemlərin insanın mahiyyətinə xas olduğunu və yüz illərdir ki,həllini tapmadığını vurğulayıb: “Bu problemlərin səbəbini anlayırıq.Ancaq dairə getdikcə genişlənir, nəsillər dəyişir, nifrət itmir.Qətllər, zorakılıq baş verirsə, biz o insanlara ikrahla baxırıq. Ancaqonlar hansı səbəbdən bu vəziyyətə düşüblər, niyə insanlara nifrətedirlər? Bizdə bu gün bir-birimizə hörmətlə yanaşmaq prinsipi mövcuddeyil. İnsan kimi bu keyfiyyətə malik ola bilərik. İnsan elə məxluqdurki, müxtəlif şəraitdə müxtəlif cür ola bilər. Ona görə də şəraiti müsbətmənada dəyişməliyik”. Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf MartinTsinkernagel isə bu gün infeksiya xarakterli xəstəliklərin yayıldığınıxatırladıb: “Bu gün qarşımıza məqsəd qoysaq, qələbə çalmalıyıq. Ancaqsöyləmək yetmir, biz insan biologiyasını anlamalıyıq. Son 20 ildə yeninəsil yaratmışıq. Peyvəndlər, vaksinlər özləri də dəyişib. 20-30yaşından sonra baş verən bədxassəli şiş və digər xəstəliklər biologiyailə bağlı deyil. Çünki onların insan nəslinin qorunub saxlanılmasınatəsiri yoxdur. Biz əla keyfiyyətli ibtidai təhsili təmin etməli, gəncmüəllimlər və əsl təhsil mühiti formalaşdırmalıyıq. Bu, bütövlükdə Yerkürəsində insan həyatının qorunması üçün vacibdir”.Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflinisə İnternet və telefon barədə danışıb. O qeyd edib ki, televizor vəradio yaranması ilə dünya dəyişib: “İndi isə kompüterlər insanlarəvəzinə qərar qəbul etmək imkanına malikdir. Yəni kompüter insandan mindəfələrlə sürətlə hesablamalar aparır. Proseslər sürətlənib. Həttamağazada hansı məhsulun harada olmasını da kompüterdən öyrənirik.İnqilab başa çatıb, qərarların qəbul edilməsi o qədər sürətlə gedir ki,uşaqlarımız valideynlərdən xeyli irəlidədir. Bunu da bizə fizika verib.Kompüterin səhv etmək ehtimalı da sıfıra bərabərdir. Biz elə şeylərdənxəbərdarıq ki, əvvəlki nəsillər bu barədə bilmirdilər. Texnologiyanınsonu yoxdur”.Enerji texnologiyalarından söz açan Robert BettsLaflin hələ də 19-cu əsrdəki kimi enerjinin neft-qaz kimi yanacaqdanalmağa davam etdiyimizi xatırladıb. O, bir çox ölkələrin internetəqoşulduğunu söyləyib: “Çünki İnternet informasiya mübadiləsi, əyləncəfunksiyasını yerinə yetirir. Bəzi ölkələr interneti özləri üçün həssasməsələ sayır, anonimliyi aradan qaldırdığını bildirir. Mən bir alim kimihesab edirəm ki, sürətin bu dərəcədə artması artıq bir inqilab deyil,sürətlə irəli getməkdir”.Kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrixbildirib ki, araşdırmalar daim davam edəcək: “Bu gün dünyada proses adiaraşdırmadan çoxtərəfli araşdırmalara doğru gedir. Proqnozlar söyləməkçətindir. Hələ də 1946-cı ildə kəşf edilən maqnit rezonansının effektibiznes fəaliyyətinə çevrilib. Bu gün hər bir xəstəxana xəstəliklərindiaqnozunun qoyulmasında maqnit rezonansından istifadə etməyə çalışır.Bəs necə oldu ki, maqnit rezonansı indi tibb sahəsində geniş istifadəedilməyə başlandı? Çünki bu üsulun əvvəllər hansı imkanları yaradacağınıbilmirdik”. İqtisadiyyat üzrə Nobel mükafatı laureat Fin Kidlandbir çox ölkələrin iqtisadi böhranın təsirinin qurtulmağa başladığınısöyləyib: “Bəs böhran bitibsə, iqtisadiyyatın bərpası niyə sürətləgetmir? Bu, gələcək fiksal siyasətlə bağlıdır və bu gün istehlakgözlənildiyindən çox aşağı düşdü. İkincisi, Avrozonada problemlərYunanıstanla başladı. İtaliya, İspaniya, Portuqaliya   və İrlandliyadada bu problem gözlənilir. Bu üç ölkədə problem Avropa Birliyinə üzvlükləbağlıdır. İtaliya, İspaniya və Portuqaliyada 1990-cı ildəki pik artımaşağı düşdü. Çünki dövlətlər davamlı iqtisadi artımla yaşaya bilməzlər,istehlak məsələsi var. İrlandiya isə eksprementdən uzaq oldu. 1990-xıildə bu ölkənin vergi siyasəti dumanlı idi. Avropa Birliyi vergi iləbağlı məsləhət verdi, nəticədə bu ölkənin bankları çox ağır durumadüşdü. Gələcək üçün konkret siyasətimiz olmalıdır, 2008-ci il böhranıbizə dərs verdi. Hökumətlər proqnozlarında obyektiv olmalıdır”.  Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qrossproblemlərin cəmiyyətin təbiətdən qaynaqlandığını diqqətə çatdırıb:“Düzgün, sağlam rəqabət olmalı, bir cəmiyyət digərindən yaxşı nümunələrgötürməlidir. Eynşteyn nüvə silahının təhlükəsi barədə danışanda deyirdiki, bəşəriyyət bu təhlükədən qorxmalıdır. Son nəticədə daha qorxuluproblemlərin olduğu üzə çıxdı. Məsələn, bu gün bəşəriyyətə təhlükəyaradan iqlim dəyişikliyi davam edir. Ona görə də xalqlar öz səylərinibirləşdirməlidir, dünya hökuməti qaçılmazdır, münaqişələri bomba iləhəll etməməliyik. Min il sonra bizi nə gözlədiyini bilməliyik. Biz sonillər millətçiliyin, dini fanatikliyin, zorakılığın baş qaldırılmasınınşahidi olduq. Biz elmdə çətin və mümkün olmayan xəyalı, arzunu reallığaçevirmək üçün gücümüzə inanmalı, birgə çıxış etməliyik”.Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq Henş isəAzərbaycanda humanitar dəyərlərə böyük dəyər verilməsini məmnuniyyətləqeyd edib:  “Azərbaycanda qara qızılın insan qızılına çevrilməsininmühüm istiqamət kimi götürülməsi sevindiricidir. Bu, çox mühüm seçimdir.Gələcəyimizə qoyulan sərmayə ən yaxşı sərmayədir”.Sonra fizika üzrə Nobel mükafatı laureat Corc Ficerald Smutt, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur Daymond,  fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tomas Kristian Züdhof və kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşelçıxış edib. Onlar dünyanın üzləşdiyi qlobal iqlim dəyişikliyi, iqtisadiböhranlar, münaqişələr və digər problemlər və onlardan çıxış yollarıbarədə danışıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM