Trend xəbər verir ki, bu barədə çərşənbə günü "MBA Group" konsaltinq şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Dekabrda satışa cəmi 248 torpaq sahəsi çıxarılıb. Halbuki noyabrda bu rəqəm 403 olub.
Məlumatda deyilir ki, təkliflərin sayının azalması torpaq bazarında aktivliyin azalması ilə əlaqədardır ki, bu da ilk növbədə qiymətlərin nisbətən azalmasına gətirib çıxarıb.
Dekabrda qiymətlərdə daha çox Bakının Binəqədi, Sabunçu və Səbail rayonlarında müvafiq olaraq 6,51; 7,44 və 5,46 faiz azalma müşahidə olunub.
Məlumatda bildirilir: "Torpaq bazarında ümumi qiymətlərin düşməsinə baxmayaraq, Bakının Abşeron rayonunda qiymətlərin qalxması müşahidə edilib ki, bu da mərkəzi rayonlarda torpaq sahələrinin qıtlığı ilə izah etmək olar. Bütovlükdə əhali arasında şəxsi yaşayış evlərinə tələbatın artdığı nəzərə alınarsa, onda demək olar ki, ətraflarda qiymətlərin qalxması normal hadisədir".
Dekabrda Bakının Abşeron rayonu istisna olmaqla digər rayonlar passiv olub.
Dekabrda Abşeron rayonunda torpaq sahələrinin qiyməti 12,2 faiz - yüz kvadrat metr üçün 4,8 min manata qədər, Nərimanov rayonunda – 3,1 faiz (121,4 min manat), Xəzər rayonu – 0,9 faiz (4,2 min manat), Yasamal rayonu – 0,3 faiz (102,99 min manat) yüksəlib. Qiymətlər Xətai rayonunda dəyişikliksiz, yəni 29,2 min manat səviyyəsində qalıb.
Qiymətlər Binəqədi rayonunda 6,5 faiz - yüz kvadrat metr üçün 15,99 min manata qədər, Nəsimidə – 2,1 faiz (111,75 min manat), Nizamidə - 0,2 faiz (28,6 min manat), Qaradağda – 0,3 faiz (4,1 min manat), Sabunçuda – 7,4 faiz (4,9 min manat), Səbaildə- 5,5 faiz (57,1 min manat), Suraxanıda – 0,8 faiz (5,9 min manat) azalıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !