Bakıda vahid nəqliyyat ödəniş sisteminin tətbiqi təxirə salınır

14:35 | 21.04.2015
Bakıda vahid nəqliyyat ödəniş sisteminin tətbiqi təxirə salınır

Bakıda vahid nəqliyyat ödəniş sisteminin tətbiqi təxirə salınır

Bakı şəhərində ictimai nəqliyyatda elektron ödəmə sisteminin tətbiqi yaxın vaxtlar üçün real deyil. Kart sisteminin tətbiqi ilə bağlı müəyyən dəyişikliklər olacaq.

Bunu "Report"a Nəqliyyat Nazirliyinin Mətbuat Katibliyinin rəhbəri Namiq Həsənov bildirib.

N.Həsənov qeyd edib ki, əvvəlcə bu sistemin 2015-ci ilin martında tətbiq ediləcəyi deyilsə də, sonradan müəyyən təkmilləşdirmə işlərinin aparılması qərara alınıb.
Bakıda ictimai nəqliyyat sektorunda sərnişin daşınması ilə məşğul olan operator şirkətlərdən isə "Report"a bildiriblər ki, elektron ödəmə sisteminin paytaxtda tətbiqi yaxın zamanlarda real görünmür. Şirkət hesab edir ki, bunun üçün ilk növbədə bu sahədə çalışanlara zəmanət verilməlidir: "Düşünürəm ki, Bakıda ictimai nəqliyyatda elektron ödəmə sisteminin vahid şəkildə işləməsi üçün bu, kütləvi olaraq bütün ictimai nəqliyyat vasitələrində tətbiq edilməlidir. Buna isə böyük vəsait tələb olunur. Bütün bunların yaxın vaxtlarda olacağını gözləmirik".

Xatırladaq ki, Nəqliyyat Nazirliyi əvvəlcə martın 1-dən ictimai nəqliyyatda kart sisteminin tam tətbiq olunacağını açıqlamışdır.

Məlumata görə, Bakıda keçiriləcək Avropa Oyunlarına qədər nəqliyyatda elektron ödəmə sistemi tətbiq olunacaqdı. Bu elektron ödəmə sistemindən təkcə avtobuslarda deyil, eyni zamanda Bakı Metropolitenində də istifadəsi nəzərdə tutulur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM