Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı yanacaqdoldurma stansiyasında partlayış baş verib.Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hadisə saat 16:20-də baş verib. Hadisə yerinə Stansiyanın həkim briqadaları cəlb olunub.Şahidlərinin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb.BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış "LUKOIL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verib.Stansiyadan həmçinin bildiriblər ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.LUKOIL-ın Bakıdakı ofisindən Trend-ə verilən məlumata görə, hazırda şirkətin mütəxəssisləri hadisə yerindədirlər və partlayışın başvermə səbəbini araşdırırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !