Bakıda yanğın olub

14:00 | 28.09.2014
Bakıda yanğın olub

Bakıda yanğın olub

Abşeron və Bakı ərazisində səhər saatlarında yanğın hadisəsi olub. 

Oxu.Az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının taxtadan ibarət arakəsmə divarı 8 kv.m sahədə və 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Abşeron rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 37 kv.m olan tikinti materialları mağazasının yanar konstruksiyaları və içərisinə yığılmış tikinti materialları 20 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.  

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM