Paytaxtın Dilarə Əliyeva küçəsi 239/6 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən yanğın söndürülüb. ANN.Az yanğın baş verən binadan lentə alınmış videonu oxuculara təqdim edir. Görüntüləri saytın oxucusu Rüfət Mədətli təqdim edib:
***
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ümumilikdə 12 kv.m ərazini əhatə edib. Yanğının baş verməsinə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.****** Bakıda yaşayış binası yanır.Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın saat 13.56-da Dilarə Əliyeva küçəsi 239/6 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində başlayıb. Binada olan sakinlər təxliyə edilib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !