Bakıda yenə at və uzunqulaq qalıqları tapıldı

15:33 | 25.01.2014
Bakıda yenə at və uzunqulaq qalıqları tapıldı

Bakıda yenə at və uzunqulaq qalıqları tapıldı

Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını deyirlər

Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və uzunqulaq başları aşkarlanıb. Qəsəbə sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 14-cü kalon deyilən yerin yaxınlığında kisələrə doldurulmuş ölü heyvan başları var. 

Ərazidə yaşıyanlar bu halın bir neçə gündür ki, müşahidə olunduğunu deyirlər. Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını deyirlər. 

Xatırladaq ki, bir müddət öncə də Xaçmaz rayonunda yerləşən meşə massivində 428 ədəd at və uzunqulaq ayağı aşkarlanmışdı. Eyni zamanda Xaçmaz rayonunun Qımıl kəndi ərazisində isə təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib. Heyvan qalıqlarının ora necə töküldüyü sirr olaraq qalmışdı. 

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb