Paytaxtın bir neçə yolunda hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.Onun sözlərinə görə, bu gün gündüz saat 12:00-dan etibarən Süleyman Sani Axundov küçəsində yolun üfüqi nişanlanması işlərinin aparılmasına başlanacaq. Bununla əlaqədar yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.P.Mürsəliyev qeyd edib ki, bu axşam saat 22:00-dan etibarən isə analoji işlərin şəhərin Xətai prospektində aparılmasına başlanacaq: "Burada hərəkət tam məhdudlaşdırılacaq. Bundan əlavə, görülən işlərlə bağlı Xətai prospektindən Heydər Əliyev prospektinə keçən yol ötürücüsü də bağlanacaq".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !