Bakıda yeni 5 metrostansiya tikilir

18:16 | 08.01.2014
Bakıda yeni 5 metrostansiya tikilir

Bakıda yeni 5 metrostansiya tikilir

Bakı Metropoliteni Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman Kompleksinin ərazisində) "B-04" stansiyasının tikintisinə başlamaq üçün hazırlıq işlərini başa çatdırır.ANN.Az-ın Metropolitenin rəsmi saytına istinadən verdiyi məlumata görə, tikinti ərazisinə düşən obyektlərin köçürülməsi üzrə işlər, demək olar ki, yekunlaşıb.Torpaqların alınması ilə bağlı probemin ən bariz nümunəsi şəhərin mərkəzidir. Burada məsələ qlobal xarakter daşıyır. Məlumatda nümunə qismində "B-5" stansiyası (Füzuli küçəsi) göstərilir. Bu stansiyanın tikintisi ilə bağlı bütün problemlərin həlli 2014-cü ildə gözlənilir.Ceyhun Səlimov küçəsində yeni stansiyanın tikintisinə gəlincə, obyektlərin köçürülməsi və 2013-cü ildə tikintiyə hazırlıqla bağlı bütün məsələlər paralel həll edilib. Tunelin çəkilməsi üzrə kompleksin quraşdırılmasına hazırlıq işləri başa çatıb.Ötən il ərzində Metropoliten "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikinti işlərinin yeni mərhələsinə qədəm qoyub.Bütün beş stansiya Bakı Metropoliteninin yeni "bənövşəyi" xəttinin hissəsi olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM