Bakıda yeni metro stansiyasının tikintisinə hazırlıq işləri yekunlaşır

19:05 | 09.01.2014
Bakıda yeni metro stansiyasının tikintisinə hazırlıq işləri yekunlaşır

Bakıda yeni metro stansiyasının tikintisinə hazırlıq işləri yekunlaşır

Bakı Metropoliteni paytaxtın Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) yerləşən «B-04» stansiyasında tikintinin hazırlıq mərhələsini başa çatdırmaq üzrədir.Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, burada bütün köçürmə işləri, demək olar ki, başa çatdırılıb. Qurumdan bildirilib ki, alınan torpaq sahələri ilə bağlı problemlərin şəhər mərkəzində daha qlobal məsələyə çevrilməsinin əyani nümunəsini «B-05» stansiyası nümayiş etdirib: «Bununla bağlı il ərzində aparılan danışıqlar, təklif olunan müxtəlif layihələr və yerdəyişmələr bu il öz həllini tapmalıdır». Qeyd edək ki, bu stansiya Bənövşəyi xəttin davamı, yəni üçüncü stansiya olacaq. Bu, «Papanin» adlanan ərazidə, Ceyhun Səlimov küçəsində tikilən stansiyadan sonrakı stansiya olacaq. Yəni, «Xocasən» deposundan sonra «Avtovağzal» stansiyası, daha sonra isə «Memar Əcəmi-2» və artıq tikintisinə başlanan stansiya olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb