Bakıda yeni metro tuneli tikiləcək

14:54 | 24.04.2014
Bakıda yeni metro tuneli tikiləcək

Bakıda yeni metro tuneli tikiləcək

 Bakıda “Xətai” - “Azadlıq prospekti” xəttini “İçərişəhər” – “Həzi Aslanov” xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək məqsədilə “28 May” metro stansiyasının yaxınlığında yeni tunel tikiləcək.Bakı Metropoliteni QSC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 250 metr olacaq tunel metronun qırmızı və yaşıl xətlərini bir-birindən ayıracaq. “Bu ayrılmadan sonra “Dərnəgül” metro stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Nizami” stansiyasından sonra “28 May” stansiyasına daxil olmayacaq. Belə ki, qatar “Nizami” stansiyasına az qalmış yeni tunellə “Cəfər Cabbarlı” stansiyasına daxil olacaq, oradan isə “Xətai” stansiyasına gedəcək. Bununla da, daha “28 May” stansiyasında hər iki tərəfə qatar getməyəcək”, - deyə qurumdan bildirilib. Qeyd edək ki, bu layihə ilə bağlı “Akkord-Bouygues” birgə müəssisəsi öz təkliflərini Bakı Metropoliteninə təqdim edib. “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin direktor müavini Samir Qasımov “APA-Economics”ə bildirib ki, təklifdə “28 May” metro stansiyasının yaxınlığında yeni tunelin tikinti metodologiyası və tikinti texnologiyasını əks etdirilib: “Həmçinin bu layihənin daha səmərəli və müasir texnikadan istifadə etməklə, ən qısa vaxtda təhvil verilməsi məsələləri qeyd edilib”. S. Qasımov əlavə edib ki, hazırda bu layihənin yekun təsdiqi gözlənilir. Bu mərhələdən sonra müqavilə bağlanacaq və növbəti mərhələdə tikinti işlərinə başlamaq mümkün olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM