Bakıda yeni stansiyalar - Video

18:36 | 01.05.2015
Bakıda yeni stansiyalar - Video

Bakıda yeni stansiyalar - Video

I Avropa Oyunlarında istifadə olunacaq avtobuslar üçün ilk qazdoldurma stansiyasının açılışı olacaq.

ANS TV-nin məlumatına görə, həmin stansiya Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan Baku Bus şirkətinin avtobus deposunda yerləşir.

Amma bu yeganə məntəqə olmayacaq. Tezliklə bütün paytaxt sakinləri avtomobilində benzin əvəzinə sıxılmış qazdan istifadə edə biləcək. İl yarım ərzində Bakı qazdoldurma stansiyaları ilə təchiz olunacaq.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyir ki, gələcəkdə hər 180 km –dən bir əsas yollarda qazdoldurma stansiyası qurulacaq.

Bazarın 30-35%-ni qaz stansiyaları əhatə edəcək.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM