Bakıda üç yeni yol tikiləcək

14:41 | 16.04.2014
Bakıda üç yeni yol tikiləcək

Bakıda üç yeni yol tikiləcək

Sabunçu qovşağının ətrafında müxtəlif istiqamətdə hərəkəti asanlaşdırmaq məqsədilə 3 yeni bağlantı yol istifadəyə veriləcək.Bakıda Sabunçu qovşağının ətrafında müxtəlif istiqamətdə hərəkəti asanlaşdırmaq məqsədilə 3 yeni bağlantı yolları salınacaq.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, yeni salınan avtomobil yollarından biri Heydər Əliyev Beynəlxalq Hava Limanı - Böyükşor yoluna paralel olacaq.“12 metr enində yol 3 zolaqdan ibarət olacaq yoldan Heydər Əliyev Beynəlxalq Hava Limanından, eyni zamanda Sabunçu-Bakıxanov istiqamətindən gələn nəqliyyat vasitələri istifadə edə biləcəklər. Bu yol zolaqlarından birinin vasitəsilə Aeroport yoluna, digər 2 zolaqla isə Zabrat qəsəbəsi istiqamətinə hərəkət etmək mümkün olacaq. Eyni zamanda şəhər istiqamətinə çıxmaq mümkün olacaq. Əvvəllər Heydər Əliyev Beynəlxalq Hava Limanı yolundan gəlib Zabrat qəsəbəsi istiqamətinə dönəndə yol dar olduğundan ərazidə nəqliyyatın sıxlığı yaranırdı. Lakin bu zolaqlar salınandan sonra orada hərəkət asanlaşacaq”, - deyə P.Mürsəliyev bildirib.Bundan başqa, Sabunçu qovşağının ətrafında eni 10,5 metr olan daha bir 3 zolaqlı yol və dairə salınacaq. Şəhər istiqamətindən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən nəqliyyat vasitələri Sabunçu qovşağının üzərinə çıxaraq həmin dairədə dönmə əməliyyatını yerinə yetirib yenidən şəhər istiqamətinə qayıda biləcəklər.Pünhan Mürsəliyev onu da əlavə edib ki, Zabrat yolunun Sabunçu qovşağına yaxın ərazisi bir zolaq genişləndiriləcək. Onun sözlərinə görə, hazırda adıçəkilən ərazilərdə işlər davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM