Bakıda yeni yol tikilir - Fotolar

13:32 | 26.11.2014
Bakıda yeni yol tikilir - Fotolar

Bakıda yeni yol tikilir - Fotolar

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Dairəvi yola birləşdirliməsi məqsədilə yeni yol tikilir.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev verib. Xidmətin rəhbəri bildirib ki, sözügedən yolun ümumi uzunluğu 1km-dən artıq, eni isə 13m təşkil edəcək.“3 zolaqlı yol üzərində uzunluğu 445m uzunluğunda15 aşırımdan ibarət estakada inşa olacaq. Hazırda estakadanın başlanğıc və Dairəvi yola birləşən hissəsində, yəni kənar dayaqların özülündə svayların (qazma-doldurma metodu ilə) quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir”, - deyə Pünhan Mürsəliyev bildirib.Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adalanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və Dairəvi avtomobil yolununa manesiz çıxa biləcəklər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM