Bakıda yeni yol ötürücüsü istifadəyə verildi - FOTO

13:53 | 07.06.2014
Bakıda yeni yol ötürücüsü istifadəyə verildi - FOTO

Bakıda yeni yol ötürücüsü istifadəyə verildi - FOTO

Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan yol ötürücüsü bu gün səhər saatlarından sürücülərin istifadəsinə verilib. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, yan yolun adfaltlanması ilə bağlı yol ötürücüsünün yolu müvəqqəti açılıb. P.Mürsəliyev qeyd edib ki, uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı yol ötürücüsü Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edir. Qeyd edək ki, Xutor dairəsindəki yol qovşağı kompleksində son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır. Kompleksə 3 tünel və yol ötürücüsü daxildir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM