Bakıda yol polisi ilə sürücü arasında dava - VİDEO

11:08 | 09.12.2014
Bakıda yol polisi ilə sürücü arasında dava - VİDEO

Bakıda yol polisi ilə sürücü arasında dava - VİDEO

Bakının Nizami rayonu ərazisində - Babək prospektində yol polisi əməkdaşları ilə bir sürücü arasında insident yaşanıb.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, insident 10 YP 537 dövlət nömrə nişanlı avtomobillə xidmət edən yol polisi əməkdaşlarının 47 BS 634 dövlət nömrə nişanlı minik avtomobilini saxlamasından sonra baş verib.

Yol polisinin "saxla” əmrinə tabe olmayan sürücü, şəhərdə xeyli təqib edildikdən sonra Babək prospektində səkiyə sıxışdırılaraq saxlanılıb. Bundan sonra isə sürücü avtomobilin qapılarını bağlayaraq, nə yerə düşüb, nə də sənədlərini təqdim edib. Uzun mübahisələr, sürücü ilə danışıqlar fayda verməyib. Nəticədə ətrafdakılar da hadisə yerinə toplaşıb, yol, demək olar ki, bağlanıb. Sürücünün bu davranışında təngə gələn polislər onu hədələməyə, təhqir etməyə başlayıblar. Lakin bu da nəticə verməyib.

Sonradan avtomobilin qapıları "atvyorka” ilə açılıb və sürücü polis bölməsinə aparılıb.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti