Bakıda özünü yandıran qadının kimliyi bilindi - YENİLƏNİB

12:40 | 30.01.2014
Bakıda özünü yandıran qadının kimliyi bilindi - YENİLƏNİB

Bakıda özünü yandıran qadının kimliyi bilindi - YENİLƏNİB

Özünü yandıran qadın əslən Lənkəran rayonundandır.AzNews.az xəbər verir ki, Səbayel rayonunda, Mərkəzi Klinikanın yaxınlığında bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb.Səhiyyə Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib ki, özünü yandıran qadının kimliyi müəyyənləşib.Özünü yandıran qadın Lənkəran rayon sakinidir. O, Bakıda kirayədə yaşayır. O,  5 saylı xəstəxanaya çatdırılıb və bədənin 65 faizi yanıb, vəziyyəti ağırdır.Qeyd edək ki, intihara cəhd edən qadın 1993-cü il təvəllüdlüdür.

***

11:48

Bu gün paytaxtda daha bir nəfər özünə od vurub.

ANS PRESS-in məlumatına görə, hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib. Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir. Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir. Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub. Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM