Bakıdakı olimpiya stadionuna 103 mln. dollarlıq elektrik təchizatı

17:51 | 28.02.2014
Bakıdakı olimpiya stadionuna 103 mln. dollarlıq elektrik təchizatı

Bakıdakı olimpiya stadionuna 103 mln. dollarlıq elektrik təchizatı

 Azərbaycanda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları üçün hazırda Bakı şəhərində tikilən olimpiya stadionunda elektrik və mexanika işlərini Türkiyənin «Anel Grup» Şirkətlər Qrupu həyata keçirəcək.«APA-Economics»in məlumatına görə, artıq bununla bağlı standionun inşasını aparan «Tekfen İnşaat» şirkəti ilə razılıq əldə olunub. Razılaşmaya görə, Olimpiya stadionunda bu işlərə ümumilikdə 102,6 mln. dollar vəsait nəzərdə tutulub. Bunun 69,2 mln. dolları elektrik işlərinə, 33,4 mln. dolları isə mexanika işlərinə sərf olunacaq. «Anel Elektrik» şirkəti («Anel Grup»un üzvü) İdarə Heyətinin üzvü Bülent Batukan bildirib ki, Bakıda həyata keçirilən layihə 2018-ci ildə Rusiya, 2022-ci ildə isə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün beynəlxalq standartlara uyğun stadionların inşasında iştirak edən «Anel Grup» üçün bir örnək olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb