Bakıdakı "sonuncu tramvay" - FOTOLAR

17:45 | 21.11.2013
Bakıdakı "sonuncu tramvay" - FOTOLAR

Bakıdakı "sonuncu tramvay" - FOTOLAR

Azərbaycanlı fotograf Mirnaib Həsənoğlu bu fotoları 2002-ci ildə Bakıdakı master klas zamanı "Magnum" foto agentliyinin çeziyalı üzvü Jozef Kodulka ilə birlikdə çəkib. 

ANN.Az-ın "Azadlıq radiosu"na istinadən verdiyi xəbərə görə, Həsənoğlunun fotolar barədə təəssüratları belədir: "Jozef mənə Bakıdakı tramvaylar haqqında foto hekayə yaratmağı məsləhət gördü. Bədbəxtlikdən - ola bilər xəbər anlamında bu kimlərsə üçün xoşbəxtçilikdir - master klass bitəndən iki gün sonra Bakıdakı tramvay servisi bağlandı. İki neft bumundan salamat çıxmış Bakı tramvayları üçüncü neft bumuna tab gətirmədi. Beləliklə, ekologiyanın dostu sayılan bu nəqliyyat vasitəsi tarixin arxivinə gömüldü. Buna görə də mən bu foto hekayəni "Sonun tramvay" adlandırmışam". 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM