Bakıdakı sığınacaqların ünvanları açıqlandı - SİYAHI

12:30 | 31.01.2014
Bakıdakı sığınacaqların ünvanları açıqlandı - SİYAHI

Bakıdakı sığınacaqların ünvanları açıqlandı - SİYAHI

Havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən müvəqqəti sığınacaqlar təşkil olunub.Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sığınacaqlar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:1. Nərimanov rayonu, Yaşıl bazarın yanında, Xətai prospekti 11;2. Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi 69;3. Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yanında,   Q.Qarayev küçəsi 118;4. Xətai rayonu, Bakı kinoteatrının qarşısı, Sarayev küçəsi 20;5. Yasamal rayonu, Xiyabani küçəsi 211.Məlumat əldə etmək üçün 142 etimad telefonuna müraciət etmək olar.Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək, çay və istilik sistemləri təşkil olunacaq.Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM