2014-cü ilin dekabr ayında Bakının əmlak bazarında cəmi 248 torpaq sahəsi təklif edilib.
Bu barədə Day.Az saytına açıqlamasında MBA Consulting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, belə azalma torpaq bazarında qiymətlərin aşağı düşməsi ilə əlaqədardır.
"Aparılan araşdırmalar zamanı məlum olub ki, satılan torpaq sahələrinin miqdarı əvvəlki ayla müqayisədə 2.35 artıb. Dekabr ayında bir sot torpağın orta qiyməti 2.77% aşağı düşüb. Ən çox ucuzlaşma Binəqədi, Sabunçu və Səbail rayonlarında olub”, - o qeyd edib.
Dekabr ayı üçün Bakı və Abşeron yarımadasında 1 sot torpaq sahələrinin qiymət cədvəlini təqdim edirik:
// azvision.az
Bizi sosial şəbəkələrdə izləyin !