"Seksual manyaklar istədikləri ölkələrə gedə bilməsinlər”
Bakıda uşaqların cinsi istismara məruz qalmasının qarşısını almaq yolları açıqlanıb. ANS PRESS-in məlumatına görə, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasında ABŞ nümayəndəsi Kristofer Smit insan alveri ilə mübarizə məqsədi ilə bağlı yeni qətnamə təklif edib.
“Uşaqların komerrsiya məqsədi ilə cinsi istismara məruz qalması halları qəbuledilməzdir. Bəzən uşaqları mülk kimi satırlar. Uşaqlardan seks mülkiyyəti kimi istifadə edirlər. Onları istismar edənlər üçün sərhədlərin əhəmiyyəti yoxdur. ABŞ bu yaxınlarda uşaqların seksual istismara məruz qalması ilə bağlı qanun layihəsi qəbul etdi. Uşaqları zorlayanlar həbsdən çıxdıqdan sonra onlara vəsiqələr verirlər".
Onun sözlərinə görə, seksual xarakterli cinayətlərə qarşı mübarizə aparılmalıdır. "Elə bir qanun layihəsi qəbul etməliyik ki, seksual xarakterli cinayət törədənlər sərhədləri aşaraq istədikləri ölkələrə gedə bilməsinlər”.
Kanada, Fransadan olan nümayəndələr də amerikalı həmkarının sözlərinə dəstək veriblər.
Azərbaycanın nümayəndə heyətinin üzvü Bahar Muradova bu qətnaməyə görə, ABŞ- nümayədəsi Kristofer Smitə təşəkkür edib.
“Cinayətkarlar səhəd tanımır. Bu sərhədi keçməyin qarşısını alan qanun, beynəlxalq informasiya bankı yaradılmalıdır. ATƏT regionunda belə bir cinayətkar varsa həmin şəxslərin adı bankda qeyd olunmaldır. Konfliklər olan regionlarda bu hallar daha çoxdur. Öz ölkəsində yaşamaqdan məhrum olan qadınlar daha çox belə yollara düşürlər. Biz bu qətnaməni dəstəkləyəcəyik”.
Daha sonra qətnamə müzakirəyə çıxarılıb və qəbul edilib.
ANN.Az