"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı və Aktau (Qazaxıstan) limanları arasında bərə rabitəsini bərpa edib.
"Report"un məlumatına görə, bu xətdə avtonəqliyyat vasitələrinin daşınması üçün "ro-ro" tipli gəmi həftədə bir dəfə səfər edir. Avtonəqliyyat vasitələrinin sayı artdıqca səfərlərin də sayı müvafiq olaraq artırılacaq.
Qeyd edək ki, Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı istiqamətlərində bərələr hər gün reys həyata keçirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !