"Bakıelektrikşəbəkə"dən Alim Qasımovun ittihamlarına cavab gəlib."Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında deyib ki, xalq artisti əvvəlcə hansı rayonun ərazisində yaşadığını öyrənsin, sonra "Bakıelektrikşəbəkə"nin işləyib-işləmədiyindən danışsın: "Bakıelektrikşəbəkə"yə daxil olan ərazilərdə heç bir problem yoxdur və əhaliyə yüksək səviyyədə xidmət göstərilir".Tanrıverdi Mustafayev qeyd edib ki, Alim Qasımovun yaşadığı Abşeron Rayon, Güzdək qəsəbəsinin "Bakıelektrikşəbəkə"yə aidiyyəti yoxdur və qurumun sözügedən ərazidə heç bir səlahiyyəti yoxdur: “Bir daha bütün oxuculara və abonentlərimizə bildirirəm ki, "Bakıelektrikşəbəkə" yalnız Bakı şəhəri, onun ətrafı kənd və qəsəbələrin elektrik enerjisinə cavabdehdir. Xırdalan, Masazır, Məhəmmədinin isə "Bakıelektrikşəbəkə"yə aidiyyəti yoxdur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !