Bakı-2017: 5 rekord yeniləyən ağır atletimiz çempion oldu

16:20 | 15.05.2017
Bakı-2017: 5 rekord yeniləyən ağır atletimiz çempion oldu

Bakı-2017: 5 rekord yeniləyən ağır atletimiz çempion oldu

Bakıda keçirilən IV İslam Oyunlarının ağır atletika yarışlarında idmançımız Anastasiya İbrahimli qızıl medal qazanıb.

anews.az Trend-ə istinadən xəbər verir ki, bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal mübarizəsi aparıblar.

Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırma hərəkətində isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub.

Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırıb.

Toplam 219 kq (100+119) nəticə göstərən A.İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxıb.

Qeyd edək ki, A.İbrahimli İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM