Bakı-2017: Bədii gimnastika, boks və tennis yarışları başlayır

11:30 | 12.05.2017
Bakı-2017: Bədii gimnastika, boks və tennis yarışları başlayır

Bakı-2017: Bədii gimnastika, boks və tennis yarışları başlayır

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışlar davam edir.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu gün kişi həndbolçulardan ibarət komandalar arasında 5-6 və 7-8-ci yerlər uğrunda oyunlar keçiriləcək.

TƏQVİM:

09:00 - 10:35
Kişilər - komanda 7-8-ci yerlər uğrunda oyun
11:15 - 12:50
Kişilər - komanda 5-6-cı yerlər uğrunda oyun

Yarışların 5-ci günündə tennis yarışlarına start veriləcək. Kişilər və qadın idmançılar seçmə mərhələsində mübarizəyə başlayacaqlar.

TƏQVİM:

10:00 - 17:00
Kişilər - komanda A qrupu seçmə mərhələsi
Kişilər - komanda B qrupu seçmə mərhələsi
Qadınlar - komanda B qrupu seçmə mərhələsi
Həmçinin voleybol yarışları çərçivəsində Qətər Əlcəzair, İran kollektivi isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

TƏQVİM:

10:00 - 12:30
Kişilər - komanda qrup oyunu B1 (Qətər - Əlcəzair)
12:30 - 15:00
Kişilər - komanda qrup oyunu B2 (İran - Səudiyyə Ərəbistanı)
Bu gün, həmçinin bədii gimnastika yarışlarına start veriləcək. Birinci gün halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.

Azərbaycanı bədii gimnastika yarışlarında Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər.

TƏQVİM:

12:00 - 14:00
Qadınlar - halqa təsnifat mərhələsi
Qadınlar - top təsnifat mərhələsi
Həmçinin 4 çəki dərəcəsində boks yarışları başlayacaq. Azərbaycanı 60 kq çəki dərəcəsində Cavid Çələbiyev, 69 kq-da Tamerlan Abdullayev, 75 kq-da Kamran Şahsuvarlı, +91 kq-da isə Məhəmmədrəsul Məcidov təmsil edəcək.

TƏQVİM:

12:00 - 15:15
Kişilər - yüngül çəki (60 kq)
Kişilər - yarım-orta çəki (69 kq)
Kişilər - orta çəki (75 kq)
Kişilər - superağır çəki (+91 kq)

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM