Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin İtaliyanın məşhşur MaireTecnimont şirkətlər qrupunun Azərbaycandakı nümayəndəliyi KT-KineticsTechnology şirkətində keçdiyi uğurlu istehsalat təcrübəsi Azərbaycan mediası ilə yanaşı beynəlxalq medianın diqqətini çəkib.
Milli.Az xəbər verir ki, belə ki, tədbir haqqında məlumat ingilis, fransız və italyan dillərində MaireTecnimont və KT-KineticsTechnology SpA şirkətlərin rəsmi saytlarında, həmçinin bir sıra beynəlxalq informasiya agentliklərdə, o cümlədən, ICPortaledell'IndustriaChimica, MilanoFinanza, ADVN, Agenzia Giornalistica Repubblica, NewsReality, BusinessNewsWorld, 24hGold və OnlineNews Planet, qəzetlərində də dərc olunub.
Xatırladaq ki, Ali Məktəbin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimova sertifikatın təntənəli təltif etmə mərasimində BANM-in rektoru Elmar Qasımov, MaireTecnimontGroup-un sədri Fabrizio Di Amato, şirkətin icraçı direktoru PerrobertoFolgiero, Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Karlo Nicolais, o cümlədən KT-KineticsTechnology şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !