Bakı Apellyasiya məhkəməsinin qarşısında aksiya - Elina işinə görə- FOTOLAR

17:02 | 08.01.2020
Bakı Apellyasiya məhkəməsinin qarşısında aksiya - Elina işinə görə- FOTOLAR

Bakı Apellyasiya məhkəməsinin qarşısında aksiya - Elina işinə görə- FOTOLAR

Bu gün bir grup vətəndaş cəmiyyətinin üzvləri Bakı Apellyasiya məhkəməsinin qarşısında özünü oxuduğu məktəbin pəncərəsindən ataraq intihar edən Elina Hacıyevanın işi ilə bağlı etiraz aksiyası keçiriblər.
 
Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Zərərçəkən tərəfi məhkəmənin bu  qərarından  apellyasiya şikayəti verərək məktəbin sabiq direktoru Sevinc Abbasova barədə həbs qəti imkan tədbirinin  seçilməsi barədə appelyasiya şikayəti edib.  
 
Bu gün baş tutan apellyasiya məhkəməsində hakim Kamran Əkbərov tərəflərin bu iş üzrə verdiyi apelliyasiya şikayətlərini təmin etməyib. Direktorun ev dustaqlığı barədə qərar qüvvədə saxlanılıb və bu vətəndaş  cəmiyyətinin üzvləri tərəfindən narazılıqla qarşılanıb.  

Etirazçılar hesab edirlər ki, məhkəmə bu iş üzrə təqsirlli bilinən 162 nömrəli məktəbin keçmiş direktoru Sevinc Abbasova ilə bağlı yüngül qərar çıxarıb və onun barəsində həbs qəti imkan tədbirinin seçilməsini tələb ediblər. 
 
Mahir Rüstəmli
Fotolar müəllifindir. 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM