Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

18:09 | 26.07.2024
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 29-30 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.Bu barədə ADY-dən məlumat verilib.
 
Bundan əlavə, Bakı-Ağstafa-Bakı qatarları ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM