Oxu.Az xəbər verir ki, bu attraksionlardan ekstremallar istifadə edirlər – onları hündürlük, başgicəllənmə və ürəkbulanması və halın pisləşməsi ilə nəticələnə biləcək digər fizioloji streslər qorxutmur.
1. Eram-park (İran). Sanki siz gəmidəsiz və sağa-sola çırpılırsız, bir anlıq hətta "kənardan” öz başınızı belə görə bilərsiz.
2. "Paslı dağlar” Phenyan (Şimali Koreya). Bu attraksion Şimali Koreyanın paytaxtında yarmarkadadır və tamamilə təhlükəsiz olması ilə şöhrət tapıb. Amma siz relslərin torunda fırlanmağa başlayarkən və sıx bağlanmış kəmərlərə baxmayaraq, kabində fırlanmaq təhlükəsi yarananda bu təhlükəsizliyə şübhə etməyə başlayırsız.
3. Katmanduda şəhər parkında mənzərə çarxı (Nepal). Nəhəng mənzərə çarxı – bu artıq həyəcanvericidir. Amma nəyə görə oradan həmişə qışqırıq səsləri gəlir? Çünki kabinlər sağa-sola sallanır. Həm də necə! Praktiki olaraq hər çevrədə "Yox! Məni yerə qaytarın!” sözlərini eşitmək mümkündür. Yerə isə gec, ya da tez hamı qayıdır.
4. Tsindao parkında "Çeroplan” attraksionu (Çin). Kiçicik "təyyarə” oturacağı sizi qorxulu hündürlüklərə qədər qaldıracaq və öz oxu ətrafında elə fırladacaq ki! Həm də xoşagəlməyən bir cırıltı ilə... Yaxşısız?
5. Bakı Dənizkənarı parkda "Kabus qatarı” (Azərbaycan). Bu "dəmiryolu” səyahətində sadəcə "qorxmayacaqsız, dəhşətə gələcəksiz”, həm də bir qədər ağrılıdır, "ölümcül” deyil, dözmək olar.
"Təsəvvür edin ki, siz kabus qatarında yalnızsız, qaranlıqda səyahət edirsiz və birdən üzərinizə yapışqan bir pərdə düşür”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !