​Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb

12:55 | 10.08.2015
​Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb

​Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb

 Cari ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 614,05 min ton Azərbaycan nefti nəql olunub. 

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,75% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında BTC kəməri ilə 16 859,5 min ton neft ötürülüb ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,33% azdır.
Qeyd edək ki, kəmər istifadəyə verilən gündən 2015-ci il avqust ayının 1-dək BTC-yə 280,7 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin iyul ayında BTC kəməri ilə 378,753 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub, bu da illik müqayisədə 9,56% azdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti