Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Anews.az-a daxil olan məlumata görə, sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri yerləşən ərazidə hərəkətin təşkilində dəyişiklik edilib.
Aparılan yenidənqurma işləri çərçivəsində sözügedən ərazidə yeni geriyə dönmə yeri yaradılıb. Bunun üçün ərazidə yolun hərəkət hissəsi zəruri olan yerlərdə 1 və 2 hərəkət zolağı enində genişləndirilib, zəruri yol nişanları, eyni zamanda məlumatverici-göstərici lövhələr quraşdırılıb və standartın tələblərinə uyğun üfüqi nişanlama işləri aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !