Bakı əhalisinin orta aylıq əmək haqqı açıqlanıb

11:38 | 30.11.2022
Bakı əhalisinin orta aylıq əmək haqqı açıqlanıb

Bakı əhalisinin orta aylıq əmək haqqı açıqlanıb

2022-ci ilin 9 ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 faiz artıb. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən (BŞSİ) məlumat verib.
 
Rəsmi məlumata görə, hazırda paytaxtda çalışanların orta aylıq əmək haqqı 1065,5 manat təşkil edir.
 
2022-ci ilin yanvar-iyulunda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
 
Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM