"Bakı Fond Birjası"na yeni sədr təyin edilib

18:17 | 15.12.2023

"Bakı Fond Birjası"na yeni sədr təyin edilib

Bakı Fond Birjası” QSC-nin İdarə Heyətində yeni təyinat olub. Ruslan Xəlilov Fondun İdarə Heyətinin sədri təyin olunub.

Bu barədə Bakı Fond Birjasından bildirilib.

Məlumat görə, 14 dekabr 2023-cü il tarixində "Bakı Fond Birjası" QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Bakı Fond Birjası QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilmişdir.
 
Yığıncağın qərarına əsasən İdarə Heyətinin yeni sədri Ruslan Xəlilov təyin olunmuşdur. O öz səlahiyyətlərinin icrasına 2024-cü ilin yanvar ayından başlayacaqdır.

"Bakı Fond Birjası"nın Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov və Baş Maliyyə İnzibatçısı Mehman Ramazanov isə İdarə Heyətinin üzvləri seçilmişlər.

İdarə Heyətinin hər üç üzvü, mərkəz ofisi ABŞ-da yerləşən CFA İnstitute (Chartered Financial Analyst) təşkilatının peşəkar sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM