Bakı Fond Birjasında bağlanan əqdlərin sayı artıb

18:26 | 07.08.2024
Bakı Fond Birjasında bağlanan əqdlərin sayı artıb

Bakı Fond Birjasında bağlanan əqdlərin sayı artıb

2024-cü ilin yanvar-iyulunda "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23 milyard 827,201 milyon manat təşkil edib ki bu da ötən ilin eyni dpvrü ilə müqayisədə 2,4 dəfə çoxdur.  Bu barədə  BFB məlumatında bildirilib. 
 
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 8709 olub.

BFB-nin dövriyyəsinin 76,6 %-i və ya 18,2 milyard manatı repo əməliyyatlarının payına düşüb. 

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,5% artaraq 4329,042 milyon manat, korporativ qiymətli kağızları üzrə əqdlərin dəyəri isə 64,8 % artaraq 1 milyard 254,939 milyon manat olub.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti