• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub

“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub
23.10.2024 14:55
"Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi” MMC-yə yeni direktor təyin olunub.


Bu, Kamil Oqtay oğlu Nəcəfovdur.


K.Nəcəfov 2004-2008-ci illərdə Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələri əldə edib, 2008-2009-cu illərdə ABŞ-nin "University of Southern Maine” universitetində ixtisasartırma proqramını tamamlayıb.


O, 2012-2023-cü illərdə "Caspian Cargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə "Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.


Qeyd edək ki, "Bakı Hərrac Mərkəzi” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Əmanətlərin Sığortalanması Fondu, "AzerGold” QSC və müxtəlif bankların sifarişlərini icra edib, eyni zamanda, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının məhkəmə qərarlarının icrası ilə bağlı hərracların təşkili və keçirilməsini təmin edib, müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında hərraclar təşkil edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol