Bakı ilə hələ də həll olunmamış problemlər var - Vaan Kostanyan

16:12 | 11.11.2024
Bakı ilə hələ də həll olunmamış problemlər var - Vaan Kostanyan

Bakı ilə hələ də həll olunmamış problemlər var - Vaan Kostanyan

Ermənistan və Azərbaycanın hələ də sülh sazişi ilə bağlı həll olunmamış problemləri var, lakin İrəvan ümid edir ki, tərəflərin mövqeləri yaxınlaşdırıla bilər. Bu barədə respublikanın xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə bildirib.

"Biz bu yaxınlarda sülh müqaviləsinin Azərbaycan variantının 11-ci nəşrini almışıq, biz indi onu nəzərdən keçiririk, hələ də hər iki tərəfin mövqelərində fikir ayrılığı var, lakin biz bu mövqeləri bir-birinə daha da yaxınlaşdırmaq imkanını görürük”, - o bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün "bir-iki məqam”ın razılaşdırılmalı olduğunu bildirərək, Yerevan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM