Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

10:42 | 20.11.2019
Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

"Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.
Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

www.anews.az
loading...

Xəbər lenti