Bakı keçiriləcək Qran-pri təxirə salındı

20:30 | 04.04.2020
Bakı keçiriləcək Qran-pri təxirə salındı

Bakı keçiriləcək Qran-pri təxirə salındı

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb.
 
Milli Paralimpiya Komitəsinin (MPK) Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, qurum Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib.
 
Anlaşmaya əsasən turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq.
 
IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi üçün komitəyə müraciət edib.
 
Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın təşkili ilə bağlı müzakirələr aparılacaq.
 
Qeyd edək ki, daha öncə Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb