Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb

19:24 | 30.10.2024
Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb

Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM