Bakı klubu avrokubokda hər iki oyununu səfərdə keçirəcək

21:30 | 14.08.2019
Qadın həndbolçulardan ibarət "Azəryol” klubunun avrokubokdakı matçlarının vaxtı dəqiqləşib. 

APA-nın məlumatına görə, EHF kubokunda debüt edəcək Bakı təmsilçisi Ukraynanın "Qaliçanka” klubu ilə ilk matçına sentyabrın 7-də çıxacaq. 

Lvovda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Paytaxtımızda keçirilməli cavab oyununu da bu şəhər qəbul edəcək. "Azəryol”in "Qaliçanka” ilə ikinci qarşılaşması sentyabrın 8-nə təsadüf edəcək. Görüş isə saat 19:00-da başlayacaq. 







www.anews.az
loading...