“Bakı” klubunun sabiq futbolçusu HƏBS EDİLDİ

13:12 | 20.11.2019
“Bakı” klubunun sabiq futbolçusu HƏBS EDİLDİ

“Bakı” klubunun sabiq futbolçusu HƏBS EDİLDİ

"Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

Unikal.org AFP-yə istinadən xəbər verir ki, 36 yaşlı veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. "Koke” ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.
Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb