Bakı Kristal Zalı İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

20:12 | 18.09.2023
Bakı Kristal Zalı İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

Bakı Kristal Zalı İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

Bakı Kristal Zalı İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.
 
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, "İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.

"Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə "Eurovision” mahnı yarışması keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb